45 kiloqram arıqlayan Adel həyatının necə dəyişdiyindən danışdı - FOTOLAR

  • By admin
  • 18 Avqust 2020 15:53

Boşandıqdan sonra 45 kq arıqlayan tanınmış britaniyalı ifaçı Adel həyatını dəyişməsini və bədənini olduğu kimi qəbul etməsini bir kitaba borclu olduğunu bildirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə o, özünün “Instagram” səhifəsində xəbər verib.

Belə ki, Adel məşhur yazıçı Glennon Doylun “Ramedilməz. Nazlanmağı burax və yaşamağa başla” kitabının üz qabığını səhifəsində dərc edərək, hər kəsi bu kitabı oxumağa səsləyib.

“Əgər hazırsınızsa, bu kitab sizin beyninizi silkələyəcək və qəlbinizi coşduracaq. Kitabı oxuduqdan sonra özümü tam qəbul etdim. İndi isə ilk dəfə özümü öz bədənimdə hiss edirəm.

Onu oxuyun. Onunla yaşayın. Təcrübədən keçirin. Yaxşı həyat ağır həyatdır… Sevincim, xoşbəxtliyim və azadlığım üçün tam məsuliyyət daşıdığımı bilmirdim və düşünmürdüm”, – deyə Adel təəssüratlarını bölüşüb.

Qeyd edək ki, bioqrafik kitabda yazıçı G.Doyl alkoqolizm və bulimiya (insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi) ilə mübarizə şəraitində müasir dünyada qadın olmaq barədə fikirlərini bölüşüb.

Gununsesi.info