![](https://www.gununsesi.info/wp-content/uploads/2024/03/resize-4.jpg)
Əməkdar artist Mətanət İsgəndərli yenidən əməliyyat olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə özü qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Mədəkiçiltmə əməliyyatı sayəsində 45 kilo arıqlayan müğənni bu dəfə üzgərmə və bədənşəkilləndirmə əməliyyatı üçün cərrah masasına uzanacağını qeyd edib:
“45 kiloqram arıqlamışam, ətrafımdakılar da deyir ki, daha bəsdir. Mən belə təsəvvür etmirdim, düşünün, elə bil şarı üfürürsən, sonra boşaldırsan. Düşünürdüm ki, görəsən, mən çölə çıxa biləcəyəm?
Üz əməliyyatı edəcəyəm, fikirləşirdim ki, orucluqda edərəm. Üzgərmə əməliyyatı keçirəcəyəm. Çünki 45 kilo çəki atmışam və müəyyən problemlər yaranıb. Bədən şişir, sonra boşalır, təsəvvür edin, dəri nə günə qalır. Bu təbii haldır, hamımız insanıq. Həm üzgərmə, həm də bədənşəkilləndirmə əməliyyatı etdirəcəyəm”.