450 nəvəsi olan 130 yaşlı nənə - FOTOLAR

  • By admin
  • 24 Oktyabr 2016 10:40

nene2

Türkiyənin Diyarbəkir ərazisində yaşayan Şahi Tayurak 450 nəvəsi ilə hər kəsə meydan oxuyur. Rəsmi sənədlərə görə 96 yaşı olan Şahi nənənin oğlu anasının həqiqi yaşının ortaya çıxması üçün onun sümüklərnin analiz edilməsini istəyir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verirki, 3 dəfə ailə həyatı quran Şahi Tayurakın toplam 7 uşağı var. Hazırda Diyarbəkirin Sur bölgəsindəki evdə kiçik oğlu ilə birlikdə yaşayan Şahi nənənin sağlamlığında gözlərinin zəif görməsindən başqa heç bir problem yoxdur.

Bir əsri geridə qoyan nənənin belə sağlam qalmağının sirri isə səhər yeməyinə diqqət göstərməsidir. Atatürkün Silvana gəlişini görən və Şeyx Səidi xatırlayan Şahi nənənin ən çox yadında qalan an qıtlıq dövrüdür. Həmin dövrdə bəzi insanların aclıqdan öldüyünü, bəzilərinin isə insan əti yeyərək sağ qaldığını deyən nənə nəvələrinin sayını bilmir.

Əlində hicri və miladi təqvimlə iki qeydiyyat vərəqəsi olan Şahi nənənin  5-ci uşağı dünyaya gətirdiyində hələ də şəxsiyyət vəsiqəsi yox imiş. Bundan sonra özünə şəxsiyyət vəsiqəsi çıxartdıran Şahi nənənin təvəllüdü sənədlərdə 01.07.1919 kimi qeyd olunub. Qızının təvəllüdü isə 06.01.1926 tarixindədir. Rəsmi qeydlərə görə qızından sadəcə 7 yaş böyük olan qadın yaşının 130-dan çox olduğunu iddia edir.

nene nene1 nene3

Nigar Cəfərli

Gununsesi.info