
Dünyanın hər yerindən on minlərlə müsəlman 47 dərəcə istiyə baxmayaraq həcc ziyarətinə davam edir.
Gununsesi.info xəbər verir ki, səlahiyyətlilər zəvvarları 47 dərəcə istiyə qarşı diqqətli olmağa çağırır.
Həcc ziyarəti çərçivəsində Səudiyyə Ərəbistanında rəhmət təpəsi kimi tanınan müqəddəs Ərəfat dağına toplaşan zəvvarlar su çiləyici dirəkləri kimi üsullarla sərinləşirlər.
Səudiyyə Ərəbistanı Meteorologiya Mərkəzinin məlumatına görə, Ərəfat dağında 47 dərəcəyə çatan temperaturla mübarizə aparmaq üçün Mina və Məscidül-həramda, həmçinin dağa və ətraf ərazilərə gedən yollarda soyuducu stansiyalar zəvvarların sərinləməsinə kömək edib.
Zəvvarlar çətirlərdən istifadə etməyə və bol su içməyə çağırılıb.
Səudiyyə rəsmiləri bu il zəvvarların sayının Covid-19-dan əvvəlki səviyyəyə yaxınlaşaraq iki milyonu keçəcəyini gözləyirlər.
Fransadan olan tunisli zəvvar Nurəddin Əl-Rifai bildirib ki, onlar soyuq sudan çox istifadə edir və kölgədə qalırlar.
Qeyd edilir ki, Ərəfat dağında zəvvarların əksəriyyətinin əllərində çətir, digərlərinin isə Əl-Rəhmə təpəsi ətrafında bir neçə ağacın və binanın kölgəsində oturduğu görülüb.
Gununsesi.info