47 yaşlı kişi dəm qazından öldü

  • By Günel
  • 09 Fevral 2025 11:18

Bakıda 47 yaşlı kişi hamamda dəm qazından ölüb.

Gununsesi.info xəbər verir ki, fevralın 8-də saat 13 radələrində 1978-ci il təvəllüdlü Babayev Elgün Cərulla oğlu yaşadığı Binəqədi rayonu, H.Ağamalıyev 14 ünvanında yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info