47 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

  • By Günel
  • 08 Fevral 2025 09:14

Xaçmaz rayonunda 47 yaşlı qadın dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, 1978-ci il təvəllüdlü Mətanət Niyazəddin qızı Əmrahova yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info