48 həkim sertifikasiya imtahanından keçə bilməyib

  • By admin
  • 07 Oktyabr 2016 21:34

download-6

 

Səhiyyə Nazirliyinin 3-4 oktyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb. 

Gununsesi.info xəbərinə görə, imtahanlarda ümumilikdə 302 həkim iştirak edib, onlardan 48-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

 

 

Gununsesi.info