Yarım əsrə yaxın həbsdə olan Glynn Ray Simmons, bəraət qazanmış məhbuslar arasında ən uzun cəza çəkib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1974-cü ildə ABŞ-ın Oklahoma ştatında içki mağazasında oğurluq zamanı bir adamı öldürdüyü iddiası ilə təqsirli bilinən və 48 il həbsdə qaldıqdan sonra günahsız olduğu üzə çıxan Glynn Ray Simmons 7,15 milyon dollar təzminat qazanıb.
O, polis məmuru Carolyn Rogersi öldürməkdə təqsirli bilinərək öncə ölüm cəzasına, sonra isə ömürlük həbsə məhkum edilmişdir. Simmons hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirərək əks iddia qaldırmışdır.
Simmons polisin hesabatları saxtalaşdırdığını və prokurorun məhkəmə zamanı sübutları gizlətdiyini iddia edərək qarşı çıxıb. Məhkəmə 71 yaşlı Simmonsu haqlı bilərək onu azadlığa buraxıb və ona qarşı yeni ittiham irəli sürülməyib.
Günel
Gununsesi.info