
48 yaşlı Hollivud aktrisası Hilari Suank ilk dəfə ana olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə aktrisa özü sosial mediada məlumat yayıb. O bildirib ki, onun bir oğlu və bir qızı dünyaya gəlib.
“Asan deyildi, amma oğlan və qız buna dəyərdi!” – yeni ana olan ulduz paylaşdığı fotoya qeyd edib.
Yeri gəlmişkən, Hilary Suankın hamiləliyi nisbətən asan keçib, aktrisa demək olar ki, sona qədər aktiv həyat tərzi sürüb, idman edib, sosial tədbirlərdə iştirak edib.
Hilarinin uşaqlarının atası iş adamı Filip Şnayderdir. Cütlük iki il görüşdükdən sonra 2018-ci ildə münasibətlərini rəsmiləşdirməyə qərar verib.
Gununsesi.info