49 yaşlı kişi pilləkəndən yıxılıb öldü - ŞƏKİDƏ

  • By admin
  • 06 Sentyabr 2016 18:21

pilleken

Şəkidə 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayon Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Layısqı kənd sakini, 1967-ci il təvəllüdlü Elşən Bayram oğlu Həbibullayev travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.
Məlum olub ki, o, yaşadığı evin ikinci mərtəbəsinə çıxan pilləkəndən yıxılıb. Nəticədə Elşən Həbibullayev ağır kəllə beyin travması və sağ gözün hematoması xəsarəti alıb. Həkimlərin səyinə baxmayaraq, Elşən Həbibullayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info