49 yaşlı kişi velosiped oğurlayarkən tutuldu

  • By admin
  • 14 Yanvar 2018 12:40

Sumqayıtda oğurluğa cəhd olub. Lent.az xəbər verir ki, dünən gecə saat 03:30 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən C.Süleymanovaya məxsus evdən bir ədəd kombi və bir ədəd velosiped oğurlayıb qaçarkən, qəsəbə sakini əvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Musayev Cəlal Hidayət oğlu polis tərəfindən yaxalanıb.

O, ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-də araşdırma aparılır.

 

Gununsesi.info