Dünən kraliça Letisiya İspaniya kral ailəsinin iqamətgahı olan Zarzuela sarayında keçirilən tədbirdə iştirak edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi çıxışdan əvvəl o, “Boss” brendindən qeyri-adi bir paltar seçib: minlərlə atəşfəşanlığı xatırladan dar geyim. Olduqca sadə üsluba və midi uzunluğuna baxmayaraq, Letizia çox cazibədar görünüb. Tünd göy paltarın üzərindəki mavi-çəhrayı alov sıçrayışları ona dinamik bir görünüş verib.
Ayaqqabılara gəlincə, Letisiya sevimli brendi “Carolina Herrera”-ya üstünlük verib – çəhrayı dəridən hazırlanmış dikdabanlar yay obrazına parlaqlıq və təravət qatıb.