49 yaşlı qadın dəm qazından boğulub öldü

Xaçmazda 49 yaşlı qadın dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Dadaşova dəm qazından boğularaq dünyasını dəyişib.

HTML tutorial

Meyit müayinə olunmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info