5 əsgərin ölümünə görə general işdən ÇIXARILDI

  • By admin
  • 28 Yanvar 2022 11:53

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanı orduda beş hərbçinin ölməsinə görə vəzifədən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti qərar imzalayıb.

General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.

Qeyd edək ki, yanvarın 27-də Ukraynada bir əsgər 5 hərbçi yoldaşını öldürüb, 5-ni isə yaralayıb.

Gununsesi.info