“İxtisarla bağlı deyə bilərəm ki, bu, yəqin ki, davam edəcək. Burada bizim yanaşmamız ixtisar yox, səmərəlilikdir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Çünki 5-10 nəfər şagirdin olduğu məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil. Bütün məktəbdə 10 nəfər şagird, bir sinifdə isə 2 şagird varsa, ona necə musiqi, xor dərsi keçək. Bu uşağın məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Bizim işimiz təhsilin keyfiyyətidir”, – nazir qeyd edib.











