5-11 yaşlı uşaqlara da peyvənd vurulacaq

  • By admin
  • 07 Dekabr 2021 10:09

Fransada 5-11 yaş qrupunda olan riskli uşaqlar koronavirusa qarşı peyvənd olunacaq.

Gununsesi.info  xarici KİV-ə istinadən bildirir ki, qərar dekabrın 15-dən qüvvəyə minəcək.

Buna səbəb ölkədə 12 yaşından kiçik uşaqlar arasında yoluxma sayında artımın olması göstərilir.

Həmçinin, qeyd edilib ki, risk qrupuna daxil olan 65 yaşdan yuxarı insanlar peyvənd mərkəzlərində randevu almadan üçüncü doza qəbul edəcəklər.

Bu günə qədər Fransada 10 milyona yaxın insana üçüncü doza peyvənd vurulub.

Baş nazir dekabrın 10-dan etibarən gecə klublarının 1 ay müddətinə bağlanacağı ilə bağlı məlumat paylaşıb.

Qeyd edək ki, hazırda xəstəxanalarda 80 uşağın və 12 mindən çox insanın müalicə aldığı bildirlib.

Gununsesi.info