5 ay ərzində ölkədə 535 ədəd traktor istehsal edilib

  • By admin
  • 30 İyun 2017 15:48

traktor-mtz-82

Bu ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 97,4 milyon manatlıq məhsul istehsal edilib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Məlumatda qeyd edilir ki əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 18,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 24,4 faiz artıb. Beş ay ərzində məişət kondisionerləri, qoşqular və yarımqoşqular istehsal olunmayıb.

Fəvvarə armaturunun istehsalı 93,3 faiz, ştanqlı quyu nasoslarının istehsalı 21,9 faiz azalıb.  Bununla yanaşı, hesabat dövründə 1470 ədəd xüsusi təyinatlı kommunal maşınlar və 535 ədəd traktor istehsal edilib.

Vüsalə Rüstəmova

Gununsesi.info