
Abşeron rayon polis idarəsinə rayonun Hökməli, Nübar və Atyalı qəsəbələrindən oğurluqlar edilməsi barədə şikayət ərizələri daxil olub. Gununsesi.info xəbər verir ki, rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Şahbuz rayon sakini 22 yaşlı Kənan Sadiqli yaxalanıb.
İstintaq zamanı məlum olub ki, o, son 5 ay ərzində Abşeron rayonu ərazisində 11 evdən oğurluq edib.
Saxlanılan şəxslə söhbət zamanı o, mənzillərə heç kimin olmamasına tam əmin olduqdan sonra daxil olduğunu deyib .Saxlanılan Kənan Sadiqli oğurladığı əşyaları sataraq əldə etdiyi pulu şəxsi istifadəsi üçün xərclədiyi bildirib.
Faktla bağlı Kənan Sadiqli barəsində Abşeron RPŞ-də cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalar aparılır.
Gununsesi.info