
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 60 kq çəki dərəcəsində finalçıların adları dəqiqləşib.
Gununsesi.info xəbər verir ki, həlledici döyüşdə Azərbaycan da təmsil olunacaq.
Yığmamızın üzvü Cavid Çələbiyev buna 1/2 finalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlməklə nail olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib.
Dünya çempionumuz mayın 18-də baş tutacaq finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.
***
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb. Bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.
23 yaşlı idmançı yarımfinal səddini döyüş keçirmədən adlayıb. Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.
O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.
Gununsesi.info