
5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər olan müddətdə paytaxt ərazisində 5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ramiz Abbasov tutulub.
Anar
Gununsesi.info