5 gün ömrü qalan gənc qız diri-diri tabuta girdi - O, GÖZƏL ÖLMƏK İSTƏYİB - FOTOLAR

  • By admin
  • 24 Aprel 2017 23:22

oz yas merasimi

Sosial şəbəkədə yayılan 20 yaşlı filippinli qızın fotoları hər kəsin marağına səbəb olub.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, bu ilin aprelin 12-də vəfat edən Reysin Pregunta adlı qız ölümündən əvvvəl qeyri-adi addım atıb.

Belə ki, uzun müddətdir sümük xərçəngindən əziyyət çəkən Pregunta 5 gün ömrü qaldığını öyrəndikdən sonra son arzusunu deyib. O, gözəl ölmək istədiyini bildirib.

Ağ paltar geyinib, başına güldən çələng qoyan qız diri-diri tabuta uzanıb. Ölümündən sonra Reysin yas mərasimindən fotolarını bacısı Rolin sosial şəbəkədə yayıb.

Həmin fotolar böyük marağa səbəb olub. Belə ki, şəkillərə 27 min “like” gəlib, 5 min dəfə paylaşılıb və 7 mindən çox şərh yazılıb. Hamı bu mənzərədən kədərləndiyini vurğulayıb.

oz yas merasimi2

oz yas merasimi3

oz yas merasimi4

Gununsesi.info