5 minə yaxın evsiz miqrant Parisdən çıxarılıb

Fransa hakimiyyəti Olimpiya Oyunlarından əvvəl 5 minə yaxın evsiz miqrantı Parisdən çıxarıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, insanlar avtobuslarla Lion və Marsel kimi digər şəhərlərə aparılıb.

Orada onları xüsusi sığınacaqlara yerləşdirlib. Hökumət bu hərəkətləri “könüllü köçürmə proqramı” adlandırıb.

Bununla belə, NYT müəyyən edib ki, hakimiyyət hələ də paytaxt küçələrində Olimpiya obyektlərinin yaxınlığındakı evsizlərin sayını azaltmağı qarşısına məqsəd qoyub.

Bunun üçün onlar miqrantlara mənzil və sosial yardım təklif ediblər.

Digər nəşrlər, o cümlədən The Guardian, evsizlərin Parisdən Fransanın digər bölgələrinə köçməsi barədə yazıb.

KİV-in məlumatına görə, polis həmçinin paytaxtı seks işçiləri və narkomanlardan təmizləyib.

13 minə yaxın insan Parisdən çıxarılıb.

Qeyd edək ki, bir il əvvəl şəhərin meri Enn Hidalqo heç kimin paytaxtı tərk etməyə məcbur edilməyəcəyini bildirmişdi.

 

 

Şəbnəm

Gununsesi.info