5 min rus əsgəri mühasirədə: Ukrayna müraciət etdi -VİDEO

Ukrayna ordusu Liman ətrafında mühasirəyə düşən 5 mindən çox rus əsgərə müraciət edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə müraciətin videosunu “Azadlıq” radiosu yayıb.

HTML tutorial

Ukrayna ordusu rus əsgərlərə səsgücləndiricilərlə mühasirədə olduqlarını, müqavimət göstərməyin mənasızlığını elan edib və təslim olmağı təklif edib.

“Rusiya Silahlı Qüvvələrinin hərbçiləri, Ukrayna müdafiə qüvvələri Limanı ələ keçirdi, müqaviməti davam etdirməyin heç bir mənası yoxdur. Siz mühasirədəsiniz. Başa düşün, sizin hakimiyyətə siz lazım deyilsiniz, onlar üçün siz sadəcə yemsiniz, siz öz doğmalarınıza lazımsınız”, – davamlı səsləndirilən müraciətdə bildirilir.

Rusiya əsgərlərinə təklif edilib ki, yaxınlıqdakı yola çıxsınlar, silahları yerə qoysunlar və Ukrayna ordusunun əsgərlərini əllərini qaldıraraq gözləsinlər.

Gununsesi.info