Ucarda fərdi yaşayış evi yanıb.
Gununsesi.info-nun FHN-in saytına istinadən xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində, 1969-cu il təvəllüdlü Semen Məlikbağır qızı Hüseynovaya məxsus 1 mərtəbəli, 5 otaqdan və artırmadan ibarət yaşayış evində baş verib. Ev sahibi evdə olmadığından FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.
Yanğın zamanı S. Hüseynovanın şəxsi əşyaları və xaricdə yaşayan 2 qızının cehizi də evlə birlikdə tamamı ilə yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda ki tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info