5 rayonun azadlığı üçün döyüşən şəhidin anım günüdür - HƏRBİ XİDMƏTDƏN YENİ QAYITSA DA MÜHARİBƏYƏ KÖNÜLLÜ YOLLANDI

  • By admin
  • 02 Noyabr 2022 16:59

Bu gün 44 Günlük Vətən savaşının qəhrəman oğullarından biri olmuş şəhid Rauf Cahangirovun anım günüdür.

Gununsesi.info olaraq, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda müharibəyə könüllü yollanan və 5 rayonun işğaldan azad edilməsində iştirak edən Rauf Cahangirov haqqında bəzi məlumatları təqdim edirik.

Həyatı

Rauf Cahangirov 1998-ci il avqustun 24-də Astara rayonunun Maşxan kəndində anadan olmuşdur. 2015-ci ildə Maşxan kənd orta məktəbini bitirmiş, 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb.

Hərbi xidməti

2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan üç ay sonra könüllü orduya yazılmış və 21 sentyabrdan təlimlərə qatılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rauf Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir, noyabrın 2-də Xocavənd rayonu ərazisində, Qırmızı bazar istiqamətində qəhramancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliy və şücaət nümaiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra , Füzulinin azad olunmasın görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilmişdir.

 

Döyüş fəaliyyətləri

İlk olaraq Füzuli, Lələtəpə uğrunda gedən döyüşlərdə döyüşərək başlamışdır, Sentyabrın 27’dən Noyabrın 2 ə kimi 4 komandiri şəhid olmuşdur və sonda hərbi xidmətini yeni bitirmiş təlim keçmiş əsgər olaraq, Rauf komandir olaraq təyn edilmişdir. Müahribə zamanı neytral zonada qalan birdən çox yaralı əsgər yoldaşlarını xilas etmiştir. İşğal altında olan 5 rayonda döyüşərək erməni quldurlarının torpağlarımızdan təmizlənməsi üçün böyük qəhramanlıq göstərmişdir. erməni quldurlarını məhf etdikdən sonra onların silah sursatlarındanda istifadə edərək daim irəli hərəkət etmişdir. Noyabırın 1 də ayağından yaralanan Rauf silahını təhfil verdikdən sonra əlində  heç bir silah olmadan ,yaralı halda qəhrəmancasına şəhid olmuşdur.

Rauf Cahangirov ölümündən sonra  bu orden və medallara layiq görülüb.

(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

(25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)

(24. 06.2021) — “Cəbrayılın azad olunmasına görə” medalı  (ölümündən sonra)

(24.06.20221) —”Vətən uğrunda” medalı (ölümündən sonra).

Günay Təhməzova

Gununsesi.info