5 rus hərbçisi qaytarıldı, əvəzində dinc sakinlər geri alındı

  • By admin
  • 18 İyun 2022 19:26

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Əsir mübadiləsi “5-ə 5” prinsipi ilə baş tutub. Ukrayna tərəfi Rusiyadan 4 dinc sakini və 1 hərbçinin cəsədini geri alıb. Qaytarılan rusların isə hamısının hərbçi olduğu bildirilib.

Gununsesi.info