5 sabiq ABŞ prezidenti Trampı saymadı –  Foto

  • By admin
  • 22 Oktyabr 2017 15:15

konsert
ABŞ-ın 5 sabiq prezidenti “İrma”, “Harvi” və “Mariya” qasırğalarının törətdiyi fəsadların aradan qaldırılması üçün təşkil olunmuş xeyriyyə konsertində iştirak edib.

Gununsesi.info xəbər verir ki, Texas, Florida, Luiziana, Puerto Riko və Virciniya adalarında fəlakətə məruz qalmış zərərçəkənlərə kömək məqsədilə Texasda bir universitetin ev sahibliyi etdiyi konsertdə Cimmi Karter, Barak Obama, Bil Klinton, ata və oğul Corc Buş 2013-cü ildən sonra ilk dəfə bir araya gəlib.

Konsertdə dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa, Alabama qrupu Sam More, Robert Örl Kin, Yolanda Adams və başqaları çıxış edib.

Corc Herbert Uoker Buşun (ata Buş) sözcüsü Cim Makqret keçmiş prezidentlərin dəstəyi ilə sentyabrın 7-dən etibarən təşkil olunan xeyriyyə konsertlərindən 31 milyon dollar toplandığını açıqladı.

Konsert zamanı təbrik videosu yayımlayan ABŞ Prezidenti Donald Tramp sələflərini “ABŞ-ın ın yaxşı ictimai şəxsləri” adlandırıb. Ancaq Obama, Karter, Klinton, Corc Hebert və Buş öz çıxışlarında Trampın sözlərinə heç bir reaksiya verməyib.

Gununsesi.info