Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə 21-nin yaralanmasına səbəb olan “Ford”un sürücüsü Namiq Hüseynov ATV-yə açıqlama verib.
Qəzanın baş vermə səbəblərindən danışan sürücü arxadan gələn avtomobilin onu sıxışdırdığını elə bu səbəbdən də idarəetməni itirdiyini bildirib.
“Arxadan gələn ağ avtomobil məni sıxışdırdı. Mən nə qədər etdim sağa çəkə bilmədim avtomobili”.
Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb.
Gununsesi.info