5 trilyon kadr çəkən fotoaparat ixtira edilib - FOTO

  • By admin
  • 03 May 2017 16:04

0_1430b5_6510db35_orig

İsveçin Lunda Universitetinin tədqiqat qrupu dünya rekordunu müəyyənləşdiriblər. İsveçli mütəxəssislər dünyada ən sürtəli kadr çəkən fotoaparat ixtira ediblər. Onların hazırladığı fotoaparatla saniyədə 5 trilyon kadr lentə almaq mümkündür.

Gununsesi.info “Populyarnaya mexanika”ya istinadən xəbər verir ki, bu super sürətli aparatla ağlagəlməz dərəcədə sürətlə gedən fiziki və kimyəvi prosesləri çəkmək, lentə almaq mümkün olacaq. Fotoaparatın biologiya, bioloji təbabətdə, kimya və fizika sahəsində istifadəsi nəzərdə tutulur.

Mütəxəssislər artıq bu super sürətli aparatı sınaqdan keçiriblər. Bəlli olub ki, bu fotoaparatın qeydə aldığı kadrlar hətta videodan da qat-qat üstünlüklərə malikdir və daha sürətlə lentə almaq qabliyyətindədir.

0_1430b8_5772ccc1_orig

Mürtəza

Gununsesi.info