5 yaşlı qızına piton ilanı hədiyyə etdi - FOTO

34 yaşlı reper Denis Ustimenko-Vaynşteyn (Ciqan) 31 yaşlı həyat yoldaşı Oksana Samoylova ilə bərabər ortancıl qızı Leya üçün doğum günü münasibəti ilə bayram təşkil edib.

Gununsesi.org-un məlumatına görə, mərasimin əsas hadisəsi 5 yaşlı səbəbkara ekzotik hədiyyənin – piton ilanının təqdim edilməsi olub. Hazırda Mayamidə istirahət edən ailə qasırğa səbəbindən Rusiyaya qayıda bilmir.

Qeyd edək ki, Denis və Oksana üç qız övladı tərbiyələndirir. 
 

Gununsesi.org