5 yaşlı uşağın faciəvi ölümü

  • By admin
  • 17 İyul 2016 13:06

5 yas

 

Gununsesi.info xəbər verir ki, Xaçmazda bәdbәxt hadisә baş verib. Hadisә rayonun İlxıçı Mәmmәdxanlı kәndindә qeydә alınıb.

2011 -ci il tәvәllüdlü Kәrimov Mirzәbәy Taleh oğlu həyətlərindəki su quyusuna düşәrәk boğulub. Xaçmaz polis şöbəsindən bildirildi ki, hadisə zamanı uşaq evdə tək olub. Anası sahədə olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Valideynlərin ehtiyatsızlığı səbəbindən Azərbaycanda körpə uşaqların faciəvi ölümü tez-tez baş verir. Ötən ay Şəkidə ehtiyatsızlıqdan kimyəvi məhlul içən 5 yaşlı uşaq dünyasını dəyişib.

Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Körpə dərhal reanimasiya şöbəsinə yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info