5 yaşlı uşaq başına televizor düşməsi nəticəsində ölüb - BAKIDA

  • By Mayil
  • 05 Sentyabr 2016 11:25

televizor

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayonun Maştağa qəsəbəsində yaşayan 5 yaşlı Elton Hüseynovun başına televizor düşüb. Azyaşlı dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info