5 yaşlı uşaqlar üçün layihə uğurla həyata keçirilib

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.                                                                                                                                                                                                                      Heydər Əliyev

Hər bir xalqın qiymətli sərvəti uşaqlardır. Gələcəyimizin təməli möhkəm olması üçün bu gün uşaqlarımızın təhsilinə , təlim tərbiyəsinə, danışıq və davranışlarına xüsusi fikir verməliyik. Mən də öz növbəmdə gələcəyimiz və milli sərvətimiz sayılan uşaqlarımızın bundan da gözəl gələcəkləri olsun deyə əlimdən gələni edir və edəcəyəm. Peşəsindən aşlı olmayaraq uşaqlara diqqət , qayğı göstərmək hər bir vətəndaşın borcudur. Biz müəllimlərin sevgisi isə məxsusi sevgidir. Bu sevginin göstəricisi olaraq da 5 yaşlı kulturoloqlar layihəsi yarandı.

Bildiyimiz kimi Elm və Təhsil Nazirliyi hər il Qrant müsabiqəsi elan edir. Ötən il yəni 2022 – ci il də Qrant müsabiqəsinin qaliblərindən biri 5 yaşlı kulturoloqlar layihəsi oldu. Bu layihə Bakı şəhəri ,187 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qulamova Süsən, yəni mənim tərəfimdən tərəfindən təqdim olunmuşdur. Layihə sözü gedən məktəbin 5 yaşlı məktəbəqədər hazırlıq qrupları arasından 20 nəfər seçilməklə noyabr ayından mart ayına qədər davam etmişdir.

Layihə çərçivəsində biz balacalara davranış qaydaları, böyüklərə hörmətlə yanaşmağın vacibliyi, ictimai yerlərdə mədəni və əxlaqi davranışlar sərgiləməyin əhəmiyyəti bununla yanaşı milli mentalitetmizə uyğun hərəkət etmələrinin vacib olduğunu öyrətdik. Layihəmizi 5 yaşında şirin balalarla həyata keçirdiyimizə görə metodik proses uşaqlara maraqlı olsun deyə nağıl dilində, kiçik səhnəciklərlə , oyunlar vasitəsi ilə anlatmağa çalışdıq. 5 ay ərzində bunları mənimsəyən 5 yaşlı kulturoloqlar öz yaşıdlarına örnək davranışlar sərgiləyiblər. Bir çox vəziyyətdə onlara öyrəndikləri düzgün yolunu anlatmağa çalışıblar.

Müəllimə kimi qürurverici bir haldır ki 6 – cı qrant layihəsinin qaliblərindən biri oldum və 5 yaşlı kulturoloqlar layihəmi çox böyük sevinc və fərəh hissi ilə həyata keçirdim. Üzü nurlu gələcəyimizə zərrə qədər də olsa işıq tuta bildimsə, bu bir müəllim üçün dünyalara bərabər sevincdir

 

Süsən Qulamova