Polşa Xarici İşlər Nazirliyi diplomatik missiyaların təkmilləşdirilməsi çərçivəsində səfirlərin geri çağırılması prosesinin başlanması ilə bağlı bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, Xarici işlər naziri Radoslav Sikorskinin 50-dən çox səfiri geri çağırmaq qərarına gəldiyi bildirilən bəyanatda lazımi dəyişikliklərin edilməsinin ölkənin xarici siyasətində üzləşdiyi çətinliklərin “daha yaxşı və peşəkar şəkildə” həllinə kömək edəcəyi bildirilib.
Bəyanatda Sikorskinin geri çağırdığı səfirlərlə bağlı təfərrüatlar və geri çağırılan səfirlərin nə vaxt dəyişdiriləcəyi ilə bağlı məlumatlar yer almayıb.
Polşanın baş naziri Donald Tusk dövlətə məxsus TVP İnfo kanalına deyib ki, o və Sikorski ölkənin səfirliklərində köklü dəyişikliklər etməyi planlaşdırırlar.
Tusk səfirliklərin əksəriyyətində dəyişiklik etmək üçün nazir Sikorski və prezident Anjey Dudadan icazə istəməyə qərar verdiklərini deyib.
Gununsesi.info