50 hərbi əsir Rusiyaya qaytarıldı

Rusiya və Ukrayna növbəti dəfə əsirlər mübadiləsi həyata keçiriblər.

Gununsesi.info xəbər verir ki, u barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

HTML tutorial

“Noyabrın 24-də danışıqlar prosesi nəticəsində 50 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – nazirlik bildirib.
Onların müalicə və reabilitasiya üçün Moskvaya aparılacağı qeyd edilir. Həmçinin azadlığa çıxanların hamısına lazımi tibbi və psixoloji yardım göstəriləcək.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi 35 rus hərbçisinin də əsirlikdən geri qaytarıldığını bildirib.

Gununsesi.info