
Nəsimi rayonu 2-ci mikrayon Hüseyin Seyidzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində oğurluq hadisəsi qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, zərərçəkmiş Elmira Əliyeva deyib ki, 50 illik yubileyini qeyd etmək üçün bir neçə qonşu ilə yaxınlıqda yerləşən restorantlardan birinə gedib. Ancaq günün sonundu evə qayıdan Elmira xanım naməlum şəxs və ya şəxslərin sürprizi ilə qarşılaşıb. Zərərçəkinin sözlərinə görə oğrular mənzildən yalnız nəğd pul və bəzək əşyaları aparıblar. Maraqllı məqamlardan biri isə mənzildə planşet televizor və kompiuterin ogurlanmamasıdır. Elmira xanım hadisədən dərhal sonra DİN-nin 102 qaynar xəttinə məlumat verib. Mənzilə baxış keçirən polis əməkdaşları evdən barmaq izləri götürüb. Bina sakinləri isə anoloji hadisənin sözü gedən küçədə dəfələrlə baş verməsindən narahatdılar. Artıq faktla bağlı Nəsimi rayon polis idarəsində araşdırma aparılır. Sözü gedən oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin tutularaq istintaqa təhfil verilməsi zəruri əməliyyat tədbirləri davam etdirilir. O ki qaldı bina sakinlərinin narahatçılığına isə Rayon polis idarəsinin əməkdaşları daha ciddi yanaşarlar.
Gununsesi.info