
Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına, rezidenturaya qəbul imtahanının I mərhələsinin imtahanı ilə bağlı bəzi məqamlara etiraz eidb.
“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, imtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim edib:
“Hərəsi də 50 manat pul ödəyib. Amma bu gün imtahanda iştirak edən bakalavrlara sual kitabçası imtahandan sonra verilməyib. Bu heçdə düzgün deyil. Çünki imtahanda iştirak edən iddiaçılar DİM-in qəbul imtahanları üçün adambaşına düşən bütün xərclərini ödəyiblər, özüdə az məbləğ yox, 50 manat.
Satınalınmalar haqqında, Xidmətlər haqqında, Mülkiyyət haqqında və digər Azərbaycan Respublikası qanunlarına görə göstərilən xidmətin, satılan məhsulun qiymətini ödəyən onun sahibinə və mülkiyyətçisinə çevrilir.
DİM isə guya sualların yayılmasından narahat olub, sual kitabçasını iştirakçılara vermir.
İmtahanda iştirak edənlər nələri düz, səhv yazdığını müəyyən etmək üçün onlara sual kitabçaları vacib lazımdır. Amma indi onlar bundan məhrum edilib.
Yaxşı bəs onda DİM imtahanın qiymətini niyə 50 manat edib? Hansı xidməti göstərib? İştirakçı bütün elektron xidmətləri, buraxılış vərəqələrini özləri doldurub, çap edib. DİM birdə sual kitabçasının kağızına və suallara pul xərcləyib ki, imtahanda iştirak edən şəxslər bu xərcləri artıqlaması ilə ödəyib.
Bu problem təkcə magistr pilləsinə qəbul imtahanlarında deyil, eynilə rezidenturaya qəbul və rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahanında da yaşanıb. İştirakçı bütün xərcləri ödədiyi halda sual kitabçasından məhrum edilib.
Əvvəlki illərdə başa düşdük, ucuz idi, TQDK da xərc çəkirdi, indi isə bütün xərclər ödənib amma ənənə dəyişməyib”.
Gununsesi.info