İranın İsrailə hücumu ABŞ başda olmaqla 49 ölkə tərəfindən birgə bəyanat çərçivəsində pislənib.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks“ məlumat yayıb.
Ölkələr İran İslam Respublikası və onun yaraqlı tərəfdaşlarının yüzlərlə ballistik və qanadlı raketlər, pilotsuz uçuş aparatlarından istifadə edərək İsrail dövlətinə hücumunu birmənalı şəkildə pisləyirlər.
Bildirilib ki, münaqişənin bütün tərəfləri və region ölkələri gərginliyin qarşısını almaq üçün addımlar atmalıdır.
Aprelin 14-nə keçən gecə İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna hücuma cavab olaraq İran İsrailə hücum edib.
Beş saat davam edən hücum zamanı İran İsrailə doğru 185 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120 ballistik raket atıb.
Bundan əvvəl Avropa İttifaqı İranı İsrailə hücuma görə qınayıb və yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
Gununsesi.info