500-ə yaxın şəhid və qazi ailəsi işlə təmin olundu

Bu ilin ilk 6 ayında 500-ə yaxın şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri Təhsil Nazirliyi tərəfindən işlə təmin olunub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, 28 yanvar-8 iyul tarixləri çərçivəsində 480 nəfər şəhid, qazi və Vətən Müharibəsi iştirakçılarının ailə üzvü işə götürülüb.

HTML tutorial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən “Məşğulluq marafonu” çərçivəsində isə iyulun 8-dən 27-dək 230 vakansiya Təhsil Nazirliyinin saytına daxil edilib. Marafon çərçivəsində işlə təmin olunan 21 nəfər olub.