500 ailənin mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət etmişik - “Qaçqınkom” sədri

  • By admin
  • 14 Aprel 2022 15:59

“Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir”.

 

GUNUNSESİ.info-nun xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

 

“Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınır. Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. Ona görə də 510 belə halla bağlı məhkəmə müraciətimiz var. Məhkəmə qərarı çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilir. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var”, – komitə rəhbəri vurğulayıb.

Gununsesi.info