5000 nəfərlik konsert təşkil edib koronavirusun yayılma riskini yoxladılar – VİDEO

  • By admin
  • 29 Mart 2021 16:12

Barselonada (İspaniya) beş min nəfərlik eksperimental konsert keçirilib. Bu, pandemiya başlayandan bəri ilk böyük musiqili tədbirdir.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, bütün tamaşaçılar anticisim üçün ekspress-testdən keçib, hər kəs maska taxıb və hamı iki həftə öncədən həkim nəzarətində olub.

Təcrübədə əsas məqsəd konsert zallarının koronavirusun yayılması üçün risk zonası olub-olmadığını araşdırmaqdır.

Analoji böyük konsertlərin Fransanın Paris və Marsel şəhərlərində keçirilməsi də planlaşdırılır.

Gununsesi.info