
Prezident seçkiləri zamanı namizədin seçilməsi üçün ilk turda 50%-dən çox səs toplaması tələbi ləğv edilsə, daha yaxşı olar.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Səslərin ən çoxunu qazanan namizəd seçilsə, Prezident seçkiləri sürətli olar, əngəl törətməz, yanlış yollara aparmaz. Hazırda “50%+1” tələbi tərəfləri yanlış yola sürükləyir, kimin əli kimin cibində olduğu məlumdur, – o qeyd edib.
Ərdoğan yeni hazırlanacaq konstitusiyada bunu nəzərə alacaqlarını bildirib.
Qeyd edək ki, Türkiyədə namizəd prezident seçilmək üçün ilk turda səslərin 50%-dən çoxunu qazanmalıdır. Heç bir namizəd bu qədər səs toplamasa, ilk turda səslərin ən çoxunu qazanan iki namizəd arasında ikinci tur seçkilər keçirilir. Bu raundda səslərin ən çoxunu alan şəxs prezident seçilir.
Gununsesi.info