
Rusiyada daha 15 qubernatoru qısa zaman içərisində istefaya göndərilə bilər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat “Minçenko konsaltinq” şirkətinin hazırladığı hesabatda yer alıb. Hesabatda vəzifəsindən getmək riskinin həddən artıq çox olduğu qubernatorlar sırasında Vladimirski, İvanovski, Omsk, Novosibir, Murmansk, Kalmıkiya, Şimali Osetiya, Altay, Primorski, Sankt Peterburq vilayətləri və Altay Respublikasının rəhbərlərinin adı yer alıb.
Hesabatda həmçinin Rusiyanın 51 bölgəsinin rəhbərinin də vəzifədən getmək riski yarandığı bildirilib.
Hesabatda həmçinin qubernatorların istefası məsələsinə ölkə elitasının təsir etdiyi vurğulanıb. Belə ki, bu işdə xüsusi aktivliyi 4 qrup göstərir. Bunlar “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov, Milli Qvardiyanın rəhbəri Viktor Zolotov, Baş prokuror Yuri Çayka, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, onun sələfi Sergey İvanovun yer aldığı qruplaşma, Baş nazir Dmitri Medvedyevin qrupu, Moskva meri Sergey Sobyaninin qrupu və Rusiya Dumasının spikeri Vyaçeslav Volodinin qruplarıdır.
Qeyd edək ki, Rusiyanın ümumilikdə 85 subyekti var.
Gununsesi.info