51 vilayətdə PKK/KCK-ya qarşı əməliyyat: - 282 nəfər saxlanılıb

  • By Admin2
  • 18 Fevral 2025 10:30

Daxili İşlər Naziri Ali Yerlikaya 51 vilayətdə PKK/KCK-ya qarşı son 5 gündür davam edən GÜRZ-46 əməliyyatları keçirib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, 282 şübhəli terror təşkilatı üzvünün tutulduğunu açıqlayıb.

Əməliyyatlar zamanı 2 ədəd AK 47 markalı tüfəng, 8 ədəd sənədsiz ov tüfəngi, 5 ədəd sənədsiz tapança, 3 ədəd boş tapança və çoxlu sayda rəqəmsal material götürülüb.

Yerlikaya mesajında, “Terrorsuz Türkiyə məqsədimizə çatmaq və millətimizin sülh, birlik və həmrəyliyini təmin etmək üçün bu torpaqlardan terrorun hər növünü məhv etmək əzmindəyik ” deyib.

Orxan Saffari

Gununsesi.info