52 yaşlı kişiyə 4 bıçaq zərbəsi vuruldu - BAKIDA

  • By admin
  • 09 Yanvar 2017 09:30

qetl

Bakıda 52 yaşlı kişiyə tanımadığı şəxs tərəfindən 4 bıçaq zərbəsi vurulub.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs “Azərbaycan qadını” küçəsində əlbəyaxa mübahisə edib. Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Gununsesi.info