Kayseridə təxminən, 15 itin hücum etdiyi 52 yaşındakı Xədicə Uygun tikinti işçiləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.
Gununsesi.info-nun “Milliyet”ə istinədən verdiyi məlimatda qeyd olunur ki, Kayserinin Talas bölgəsində yaşayan Xədicə Uygun evinə gedərkən təxminən, 15 itin hücumuna məruz qalıb.
İtlərin hücumu nəticəsində halsız vəziyyətdə yerə yıxılan qadın yaxınlıqdakı tikinti işçiləri tərəfindən xilas edilib və dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin müayinəsindən sonra məlum olub ki, itlərin 80 yerindən dişlədiyi qadının sağ qulağı qopmaq təhlükəsi ilə üz-üzə qalıb.
Gununsesi.info