52 yaşlı qadın özünü ağacdan asaraq intihar etdi

  • By admin
  • 26 İyun 2020 10:13

Göygöldə 52 yaşlı qadın özünü fındıq ağacından asaraq öldürüb.

Gununsesi.org bildirir ki, APA-nın məlumatına görə, hadisə rayonun Pənahlılar kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Zeynalova Simuzər Malik qızı özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

Gununsesi.org