
Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan “Türk Telekom”un 53 işçisi hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların Fətullahçı Terror Təşkilatı ilə bağlılığı ortaya çıxıb. Həbs olunan şəxslərin adları hələlik açıqlanmır.
Anar
Gununsesi.info