Polad Həşimovun anası:”Oğlumun ölüm səbəbləri araşdırılsın”

  • By admin
  • 01 Yanvar 2022 23:16

General Polad Həşimovun anası oglunun ölümü və ondan öncə baş verən qaranlıq məqamlarla bağlı durumlara açıqlama gətirilməsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, mətbuatda etirazını bildirən Polad Həşimovun anası Səmayə Həşimova deyib:

“Mənim oğlum “Aprel döyüşlərindən sonra istefa ərizəsi yazmışdı. İstefa ərizəsi gəlmişdi Müdafiə Nazirliyinə. Niyə yazdığını bilmirəm. Araşdırılsın, oxusunlar, görsünlər niyə yazmışdı. Əgər, ərizəni cırıblarsa da, kitaba düşmüşdü.

İyul ayının 15-i üçün mənim oğlumun ərizəsinə qol çəkilmişdi ki, Müdafiə Nazirliyinə işə başlayacaq. Oğlum 11-i telefonla danışıb məni ümidli etmişdi ki, ayın 15-i gəlirəm. Ayın 14-ü tabutu gəldi. Niyə mənim oğlumu aldatdılar? Müdafiə Nazirliyində oturanlara yaraşmırdı Polad? Kərim Vəliyevin yerini dar edirdi Polad? Kərim Vəliyev Poladı öldürdüb yerinə özü gəldi. Mən bu sözləri çəkinmədən deyirəm. Qoy mənim prezidentim eşitsin, bilsin.

Azərbaycanın generalı ölmüşdü. Bir gün matəm elan olunmadı. Rəhbər işçilərdən bircə nəfər Polad Həşimovun anası ilə görüşmədi. Niyə?

Bunların günahı birbaşa olaraq müdafiə naziri Zakir Həsənovdadır”-deyə  qeyd edib.

Gununsesi.info