55 yaşlı kişinin dəmir yolu xəttinin kənarında meyiti tapıldı - TOVUZDA

  • By admin
  • 06 May 2017 23:37

meyit

Tovuzda meyit tapılıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Tovuz şəhərində, dəmir yolu xəttinin kənarında kişi meyiti tapılıb.

Araşdırma zamanı ölən şəxsin 1962-ci il təvəllüdlü Qasımov Ramiz Paşa oğlu olduğu müəyyən edilib. Onun alkoqol düşkünü olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilir.

Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info